“Təmiz Qaz” QSC şəhid oğlunu işdən çıxarıb.
Teleqraf xəbər verir ki, bu iddia ilə şirkətdə mühəndis vəzifəsində çalışmış Xəyyam Məmmədov Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
O, iddia ərizəsində qeyd edib ki, 2018-ci il tarixdən etibarən “Təmiz Qaz” QSC-də, çalışsa da, sonradan işdən çıxarılıb.
O, Cəbrayıl rayonunda məcburi köçkün olduğunu, Azərbaycanın yeganə şəhid hakimi Məhərrəm Məmmədovun övladı olduğunu bildirsə də, buna məhəl qoyulmayıb.
X.Məmmədov qanunvericiliyin tələblərinə zidd olaraq işdən azad edildiyini bildirib.
Buna görə də o, məhkəmədən işdən çıxarılması ilə bağlı verilən əmrin ləğvi, işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqı hesablanmaqla ona kompensasiya şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.