EN

Honkonq qripi Dağıstanda iki insanın ölümünə səbəb olub

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

Honkonq qripindən qaynaqlanan fəsadlar Dağıstan Respublikasının iki sakininin həyatını itirməsinə səbəb olub.

Doğru.az xəbər verir ki, məlumatı SHOT Telegram kanalı yayıb. Bildirilir ki, ölən xəstələr qripə qarşı peyvənd olunmayıblar.

Daha əvvəl həkim Marina Dolquşkina Honkonq qripinin ağırlaşma riskinin yüksək olduğunu və xüsusilə risk qrupuna daxil olan insanların diqqətli olmaları gərəkdiyini xəbərdarlıq etmişdi.

Mütəxəssislər vətəndaşları qrip əlamətləri göstərdikdə dərhal həkimə müraciət etməyə və peyvənd imkanlarından yararlanmağa çağırırlar.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
dogru.az

2Sources