EN

Başqasının balansına səhvən kontur köçürənlər OXUSUN: Bu halda pulunuzun geri qayıtması mümkündür

Son vaxtlar mobil istifadəçilərin ən çox qarşılaşdığı problemlərdən biri də səhvən fərqli nömrələrə balans köçürülməsidir. Belə hallarda insanlar ödədikləri məbləğin geri qaytarılıb-qaytarılmaması ilə maraqlanırlar.

NOCOMMENT.az xəbər verir ki, mövzuya dair KONKRET.az-a danışan informasiya təhlükəsizliyi eksperti Elvin Abbasov bildirib ki, ödəniş edildiyi andan etibarən məbləğ mobil operatorun sistemində kontura çevrilir və artıq xidmət valyutası kimi qəbul olunur:

“Balans kimi yüklənən vəsait şəbəkə resurslarının istifadəsinə yönəldiyi üçün onun geri, nağd şəkildə qaytarılması nə hüquqi, nə də texniki baxımdan mümkündür. Əks halda fırıldaqçılıq və sui-istifadə hallarının sayı ciddi şəkildə arta bilər”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, operatorlar yalnız istisna hallarda – yəni balans səhv nömrəyə yüklənibsə və həmin kontur xərclənməyibsə, dəstək xidməti vasitəsilə müdaxilə edə bilirlər. Ümumilikdə isə mövcud qaydalara əsasən kontur ödənişdən sonra pul kimi geri qaytarılmır.

Bizi Facebookda izləyin

Chosen
9
2
nocomment.az

3Sources