“Komo”nun futbolçusu Alvaro Moratanın zədə müddətinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 33 yaşlı forvard 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ispaniyalı hücumçu “İnter”lə səfər matçında (0:4) zədələnmişdi.
Qeyd edək ki, Morata A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Ahmet Çakar sərbəst buraxılıb
VI Liqada çıxış edirdi, milliyə çağırıldı
“İnter”də ciddi itki - ili başa vurdu
Saşa Boey Premyer Liqaya doğru
Argentina millisinin üzvü "İnter Mayami"də qalacaq