Bakı.Trend:
Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin əbədiyyətəqovuşmasının iyirmi ikinci ildönümü ilə əlaqədar anım tədbirikeçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni AzərbaycanPartiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov,yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarınrəhbərləri, eləcə də şəhid ailələri, ziyalılar, ağsaqqallar vəgənclər Xaçmaz şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevinabidəsi önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramlayad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən Ümummilli Lider HeydərƏliyevin anım günü ilə əlaqədar şəhid ailələri, qazilər və rayonictimaiyyəti üçün ehsan süfrəsi açılıb.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Çıxış edənlər Azərbaycan dövlətinin qurucusu və memarı, dünyaşöhrətli siyasətçi, dövlət xadimi, dahi şəxsiyyət Heydər ƏliyevinVətən və xalq qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlhamƏliyevin rəhbərliyi ilə ordumuzun qazandığı tarixi Zəfərdəndanışıblar.
Qeyd edilib ki, nə qədər müstəqil Azərbaycan dövləti və xalqıvar, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq.