Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bu həftə ABŞ tərəfi ilə aparılan danışıqlarda misirli nümayəndələr Vaşinqtonun “Qəzzada hələ də mövcud olan hərbi imkanları” nəzarətdən kənarda qoymamalı olduğunu vurğulayıblar. Onların sözlərinə görə, anklav ərazisindən İsrailə qarşı hücumların yenidən başlaya bilməsi istisna edilmir.
Bizimyol.info xəbər verir ki, bu barədə Misir rəsmilərinə istinadən Livanın “Əl-Əxbar” qəzeti məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Qahirə həmçinin ABŞ-a çatdırıb ki, Şərqi Qüdsü paytaxt olmaqla Fələstin dövləti yaradılmadan HƏMAS-ın tam şəkildə silahsızlaşdırılması mümkün deyil.
Misir rəsmiləri əlavə edirlər ki, HƏMAS, İsrailin mümkün razılaşmanı pozmayacağı və hərəkatı yenidən hədəfə almayacağına dair qəti zəmanətlər olmadan silahı yerə qoymağa razı olmayacaq.
Qəzet yazır ki, Misir və Qətər danışıqlarda ABŞ-ı İsrailin Qəzzada yeni faktiki reallıqlar yaratmağa, o cümlədən bufer zonasını genişləndirməyə çalışdığı barədə də xəbərdar edirlər.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.