
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi müasir Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.
Nazirlikdən Missiya.Az-a verilən məlumata görə, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla anılıb.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.