EN

"Araz-Naxçıvan"ın "Qarabağ"a qarşı neçə əskiklə mübarizə aparacağı dəqiqləşdi

Misli Premyer Liqasının 15-ci turunda "Qarabağ"ın qonağı olacaq "Araz-Naxçıvan"ın çətin oyuna neçə itki ilə çıxacağı bəllidir.

Bu barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin sözçüsü Mahal Məmmədov məlumat verib:

"Cəzalı futbolçu yoxdur. Uzun müddətə sıradan çıxdıqları öncədən bilinən Əyyub Allaşla Rahil Məmmədovu nəzərə almasaq, yeganə zədəli futbolçu Felipe Santosdur".

Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" qarşılaşması dekabrın 14-də keçiriləcək. "Azərsun Arena"da baş tutacaq matçın start fiti 17:30-da səsləndiriləcək.

Nihat

Chosen
24
fanat.az

1Sources