EN

"Nə etmişəm ki, Rəqsanə deyir gözü çıxsın, Allah onu öldürsün"

Bəstəkar-müğənni Hikmət Aslanov canlı efirdə Aysun İsmayılovanın onun mahnısını oxumasına etiraz edib.

ÖlkÉ™.az milli.az-a istinadÉ™n xÉ™bÉ™r verir ki, o, RÉ™qsanÉ™ İsmayılova ilÉ™ qızının qonaq olduÄŸu veriliÅŸÉ™ qoÅŸularaq mahnısının Aysun İsmayılovanın ifasında sÉ™slÉ™ndirilmÉ™sinÉ™ narazılığını bildirib.

Onun etirazına səbəb müğənni Rəqsanə İsmayılovanın zarafatla dediyi fikirləri ciddi qəbul etməsi olub.

Aslanov efirdə sərt ifadələr səsləndirib:

"Nəyə icazə vermirəmsə, onu oxumaq olarmı? Ayıbdır axı. Köhnə mahnılarımı ona verib oxutdurmuşam, heç nə deməmişəm. Amma mənim haqqımda pis sözlər danışır. 'Hikmətin gözü çıxsın, Allah öldürsün' - bu sözləri demişdi. Bir kəlmə cavab vermədim. Mən kimə nə pislik etmişəm ki, belə danışılsın? Rəqsanə xanım özü TikTok-da canlı açıb bütün millətin qarşısında bunu deyib. Bu, zarafatdır?".

Rəqsanə isə "Mən deməklə gözün çıxmayaq ki..." deyərək, gərginliyi bitirmək istəyib.

Chosen
21
3
olke.az

4Sources