EN

Ulu Öndər Heydər Əliyevin xatirəsi İİTKM-də anılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Ümummilli Lider Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Mərasimdə Azərbaycanın dövlətçilik tarixində müstəsna rol oynamış dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf xətti bu gün də dövlət idarəçiliyinin əsas istiqamətlərini müəyyən edir. 

İİTKM-in şöbə müdiri Aqil Əsədov isə vurğulayıb ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi ölkənin müstəqilliyinin möhkəmləndirilməsi üçün həlledici rol oynayıb, iqtisadiyyatın diversifikasiyası və institusional modernləşmə proseslərinin başlanmasında əsaslı zəmin yaradıb. Onun rəhbərliyinin tarixi əhəmiyyəti və bu gün də aktuallığını qoruyan ideyaları tədbir iştirakçıları tərəfindən xüsusi qeyd edilib.

Çıxış edənlər Heydər Əliyevin ölkənin siyasi, sosial və iqtisadi inkişaf strategiyasının formalaşdırılmasında göstərdiyi liderlik nümunəsini yüksək dəyərləndiriblər.

Bildirilib ki, Ümummilli Liderin uzunmüddətli inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi islahatlar və genişmiqyaslı modernləşmə proqramları Heydər Əliyevin müəyyən etdiyi tərəqqi xəttinin məntiqi davamıdır və ölkənin iqtisadi qüdrətinin artırılmasına xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə əldə olunan nəticələr, xüsusən də dayanıqlı inkişaf modelinin tətbiqi, rəqəmsal transformasiya və innovativ idarəetmə mexanizmlərinin genişləndirilməsi Ümummilli Liderin ideyalarının yeni mərhələdə reallaşdırılmasının bariz nümunəsidir.

Anım tədbiri zamanı əməkdaşlara İİTKM-in Heydər Əliyevin fəaliyyəti barədə hazırladığı videoçarx nümayiş olunub. 

XQ

Chosen
25
1
xalqqazeti.az

2Sources