EN

Keçmiş dövlət qulluqçusu: Ümummilli Liderimizə hər zaman borcluyam

Bakı, 12 dekabr, AZƏRTAC

Mən Ümummilli Liderimizə hər zaman borcluyam. Ulu Öndər Heydər Əliyev birinci dəfə hakimiyyətə gəldiyi vaxt mən gənc tələbə idim, o, məni işlə təmin etdi. Bununla da həyatım dəyişdi, xoşbəxt oldum, normal şəraitdə yaşadım.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Xətai Rayon Ağsaqqallar Şurasının üzvü, keçmiş dövlət qulluqçusu Nizami Hüseynov deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə gəlməsi ölkəmizi ağır böhranlardan çıxarıb. “Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsi ilə bütün Azərbaycanı dağılmaqdan, böyük problemlərdən xilas etdi. Ulu Öndər bütün həyatını bu xalqa həsr etdi, onun dühası, düşüncəsi vasitəsilə Azərbaycan xalqı böyük bəlalardan qurtuldu”, - deyə keçmiş dövlət qulluqçusu vurğulayıb.

Chosen
93
azertag.az

1Sources