EN

Avropa “özünə yazığı gəlməyin” içində batıb - İsveç Baş Qərargah rəisi

Avropa “özünə yazığı gəlməyin” içində batıb və indi ABŞ-ı nəzərə almadan öz kollektiv təhlükəsizliyini gücləndirmək üçün mümkün olan hər şeyi etməlidir.

Herbiand.az xəbər verir ki, bunu İsveç Baş Qərargah rəisi Mikael Klaesson “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist Klaessondan isveçlilərin və almanların on illərdir ABŞ-ın hərbi gücünün Avropanı qoruya biləcəyinə inanıb-inanmadığını soruşub.

“Bəli, biz praktik olaraq bu inancla doymuşduq. Problem qismən də bundadır. Amma məsələ Amerikanın dəyişmiş siyasəti və ya digər ölkələrdəki yeni çağırışlarla bağlı deyil. Məsələ bizim nə qədər özümüzə yazığın gəlməyin içində batmağımızdadır”, - Baş Qərargah rəisi deyib.

O, əlavə edib ki, AB ölkələri “avropalılar kimi birlikdə güclü olmaq” üçün mümkün olan hər şeyi etməlidirlər - “avropalılar və ABŞ-ın avropalı müttəfiqləri kimi”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
17
herbiand.az

1Sources