EN

Azərbaycanda təbii qaz hasilatı artıb

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 46,451 milyardkubmetr təbii qaz (qaz kondensatı daxil olmaqla) hasil edilib.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hasilat həcmi ötən ilin eyni dövrü ilə müqayisədə418 milyon kubmetr və ya 0,9 faiz çox olub.

Ötən ilin ilk on bir ayında təbii qaz hasilatı 46,033 milyardkubmetr təşkil edib.

Hesabat dövründə 35,508 milyard kubmetr əmtəəlik təbii qaz hasilolunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 392 milyonkubmetr və ya 1,12 faiz çoxdur.

Ötən ilin ilk on bir ayında 35,115 milyard kubmetr əmtəəliktəbii qaz hasil edilmişdi.

Qeyd etmək lazımdır ki, hesabat dövründə mədənçıxarmasənayesində ümumi istehsal həcmi 34,8 milyard manat olub ki, bu daötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azdır.

Məqalədə:
Chosen
43
3
az.trend.az

4Sources