EN

Hərbi Prokurorluqda Heydər Əliyevin anım günü ilə bağlı tədbir - FOTO

Hərbi Prokurorluqda hərbi təhsil müəssisələrinin rəhbərlərinin və kursantlarının iştirakı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Hərbi Prokurorluğun rəhbərliyi və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, dünyaşöhrətli siyasətçinin əziz xatirəsini dərin ehtiramla yad edib.

Baş prokurorun müavini - Hərbi prokuror Bəhruz Əhmədov çıxış edərək dövlət müstəqilliyimizin banisi, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin öz siyasi dühası ilə xalqımızın taleyində silinməz izlər qoymasından, onun Azərbaycana rəhbərlik illərində həyatın bütün sahələrinin intibah dövrünü yaşamasından danışıb.

Dahi liderin bütün həyatını doğma xalqına həsr etməsi, bütün dövrlərdə Azərbaycanın inkişafı üçün böyük fədakarlıqlar göstərməsi, milli maraqların müdafiəsi üçün öz həyatını təhlükəyə atmasını xüsusi qeyd olunub. 1990-cı illərdə Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi dövrdə xalq tərəfindən Heydər Əliyevin təkidlə hakimiyyətə dəvət edilməsi, qısa vaxtda vətəndaş müharibəsinin qarşısını alması, ölkənin suverenliyinə təhdid yaradan qanunsuz silahlı birləşmələrin ləğv edilməsini təmin etməsi, Ermənistanın Azərbaycana hərbi təcavüzünün dayandırılması və ordu quruculuğuna start verilməsi, güclü Azərbaycanın qurulması istiqamətində zəruri siyasi, hərbi, iqtisadi islahatlara başlanılması əyani misallarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ulu Öndərin 1971-ci ildə sovet totalitarizminin çətinliklərinə baxmayaraq, Azərbaycan tarixində ilk dəfə Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratması, bununla da Azərbaycanın hərbi gələcəyinin əsasını qoyması, bu məktəbin məzunları və onların davamçılarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərməsi ayrıca vurğulanıb.

O da bildirilib ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsi ölkəmizin regional və qlobal mövqeyini daha da möhkəmləndirib, Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirib. Bu gün azad olunmuş torpaqlarımızda geniş bərpa və quruculuq işləri aparan dövlətimiz dünyaya sülh mesajı verir, mütərrəqqi dəyərləri təbliğ edir, regional və qlobal təşəbbüsləri dəstəkləyir və həyata keçirir.

 




Chosen
3
20
herbiand.az

10Sources