EN

Paşinyanın getməsi sülh müqaviləsini təhlükəyə atar

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistanın sürətlə Qərbə meyillənməsi Rusiyada ciddi şəkildə narahatçılıq yaradıb. Xüsusilə, bu günlərdə Avropa İttifaqı ilə Ermənistan arasında yeni sənədin imzalanması Rusiyanı Ermənistana qarşı adekvat addımlar atmaq məcburiyyətində qoya bilər. Bu arada ekspertlər hesab edirlər ki, Ermənistandakı keçiriləcək parlament seçkilərinə qədər Rusiya bu ölkədə gərginliyi artırmaq və hətta hakimiyyət çevrilişi etməyi düşünür. Bu isə öz növbəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi istiqamətində atılan addımları sıfırlaya bilər.Newscenter.az-ın xəbərinə görə, ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov hesab edir ki, Paşinyanın getməsi sülh müqaviləsini təhlükəyə atar:“Bu, yeni qarşıdurma və müharibə deməkdir. Erməni toplumu da bunu istəmir. Paşinyanın yenidən baş nazir seçiləcəyi böyük ehtimaldır. Kilsə və revanşistlər isə müəyyən dairələr tərəfindən Paşinyana edilən təzyiqin növləridir, onu hakimiyyətdən salmaq üçün edilən hərəkət yox. Onlar Paşinyana sadəcə Azərbaycanla çox təslimçi sülh bağlamaması üçün təzyiq edirlər, yoxsa onların sülhdən başqa çıxış yolları yoxdur”.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
newscenter.az

2Sources