EN

London metrosunda gedişhaqqı artırılır

London, 12 dekabr, AZƏRTAC

Gələn ildən etibarən London sakinlərini ictimai nəqliyyatda yeni tarif artımları gözləyir.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyada davam edən yaşayış xərcləri böhranı fonunda London metrosu üzrə gedişhaqqı mart ayından artırılacaq. Dəyişikliklər çərçivəsində pik saatlarda 1-ci Zona adlandırılan ərazi üzrə “pay-as-you-go” sistemi ilə səyahətin qiyməti 2,90 funt sterlinqdən 3,10 funta qaldırılacaq. Bununla yanaşı, avtobus və tramvay tariflərinin iyul ayınadək dəyişdirilməyəcəyi bildirilib. Yeni tarif dəyişikliklərinin London sakinlərinin gündəlik nəqliyyat xərclərinə əlavə yük yaradacağı gözlənilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
43
5
azertag.az

6Sources