2024-cü ildə 46 məhbus edam edilib, artım Tramp administrasiyasının moratoriyanı ləğv etməsi ilə əlaqələndirilir...
Poliqon xəbər verir ki, ABŞ-da edamların sayı son 15 ildə ən yüksək həddə çatıb. Edamlarla bağlı İnformasiya Mərkəzinin məlumatına görə, 64 yaşlı Harold Nikols ilin əvvəlindən bəri edam edilən 46-cı məhbus olub. Ölkədə son dəfə bu qədər çox edam 2010-cu ildə qeydə alınmışdı.
Nikols 1988-ci ildə 20 yaşlı tələbəni zorlayıb qətlə yetirdiyi üçün ölüm hökmünə məhkum edilmişdi. O, digər qadınlara hücum etdiyini də etiraf edib. Nikols 35 ilini ölüm kamerasında keçirib və edamdan əvvəlki son sözlərində “peşman olduğunu” bildirib.
ABŞ-də ölüm hökmlərinin icrası 2021-ci ildə prezident Co Bayden tərəfindən tətbiq edilən moratoriumla dayandırılmışdı. Lakin bu il yanvar ayında yenidən hakimiyyətə qayıdan Donald Tramp moratoriumu ləğv etdi və bunun fonunda edamların sayı kəskin artdı.
Ekspertlər hesab edir ki, federal səviyyədə məhkəmə sistemində dəyişikliklər və administrasiyanın daha sərt cinayət siyasəti edamların artmasına təsir edən əsas amillərdən biridir. Bunun fonunda ABŞ-da ölüm hökmünün gələcəyi ilə bağlı siyasi və ictimai debatlar yenidən güclənir.
Poliqon.info