EN

Azərbaycanda dənizlə daşınan yüklərin 46% dən çoxu neftin payına düşüb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 8 334,4 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1% artıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə daşınan yüklərin 46,8%ni neft yükləri təşkil edib.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 faiz azalaraq 23,6 min nəfər olub”, - məlumatda qeyd olunur.

Bildirilir ki, dəniz limanları tərəfindən 11 940,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 9480,8 min tonunu və ya 79,4%-ni tranzit yüklər təşkil edib. 2025-ci il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 431,3 min ton olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
4
apa.az

5Sources