EN

Ulduz futbolçu "Barselona"ya keçmək istəyir: Levandovskinin yerinə

“İnter”in hücumçusu Lautaro Martines karyerasında yeni dövr açmağa hazırdır.

Publika.az xəbər verir ki, argentinalı futbolçu uyğun bir fürsət ortaya çıxacağı halda, klubunu dəyişmək istəyir. Bu barədə "El Nacional" məlumat yayıb.

Bildirilir ki, “neradzurri”nin kapitanı “Barselona”da Robert Levandovskinin yerini tutmağı hədəfləyir. 28 yaşlı forvard mövcud mövsümün bitməsindən sonra Kataloniya klubundakı vəziyyəti izləyəcək. Kataloniya klubu da Martinesə maraq göstərir, lakin rəhbərlik addım atmağa tələsmir.

Lautaro Martinesin “İnter”lə müqaviləsi 2029-cu ilin ortalarına qədər nəzərdə tutulub. O, Milan nəhəngində 2018-ci ilin yayından çıxış edir.

Chosen
21
publika.az

1Sources