EN

"Zelenski seçkiləri atəşkəs üçün arqument kimi istifadə edə bilər" - Rusiya

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədəki prezident seçkilərini müvəqqəti atəşkəs üçün arqument kimi istifadə edə bilər.

Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

ABŞ Prezidenti Donald Tramp isə Ukrayna hakimiyyətinin müharibəni seçkilərin keçirilməməsi üçün bəhanə kimi istifadə etdiyini vurğulayıb.

Zelenski isə 60–90 gün ərzində seçkiləri keçirməyə hazır olduğunu açıqlayıb və Ali Radadan bunun hüquqi əsasını yaratmağı xahiş edəcək.

Xatırladaq ki, Ukraynada sonuncu prezident seçkiləri 2019-cu ildə keçirilib. Zelenskinin səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatıb, lakin hərbi vəziyyət səbəbindən hələ də vəzifəsini icra edir.

SeyranÉ™ QuliyevaMissiya.Az

Chosen
72
missiya.az

1Sources