EN

Azərbaycanın axtardığı erməni: 177 gündür Ermənistanda həbsdədir

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Samvel Karapetyanın biabırçı həbsi yazılı və yazılmamış qanunlara ziddir”. 

“Cebheinfo.az”-ın məlumatına görə, rusiyalı milyarder, “Bizim Yol” hərəkatının lideri, hazırda Ermənistanda həbsdə olan Samvel Karapetyanın vəkili Aram Vardevanyan keçirdiyi mətbuat konfransında belə deyib. 

“Görünməmiş, utancverici, qanunsuz, uydurma təqibdir. Qanunsuz həbs 177 gündür davam edir”,-deyən vəkil əlavə edib ki, iyunun 17-dən etibarən ölkədə qanunun aliliyi prinsipi tətbiq olunmur: 

“Ölkənin ən yüksək vəzifəsini tutan şəxs “Facebook” ədalətini tətbiq edir ki, bu da əslində qanunun aliliyinə hörmətsizlikdir”. 

Vardevanyan qeyd edib ki, prokurorluq və müstəntiqlər Karapetyanın işi ilə bağlı birgə işləyirlər: 

“Onlar hətta birlikdə işləsələr də, onun nə üçün həbs olunduğuna dair heç bir dəlil təqdim edə bilmirlər. Onun sözlərinə görə, hakimlər ədalət mühakiməsini həyata keçirmirlər, çünki ölkədə təzyiq mühiti var və onlar müstəqil ola bilmirlər”. 

Karapetyanın müdafiəçisi hadisələrin xaricdən izlənildiyini və vəziyyətin nəticəsiz qalmayacağını vurğulayıb. Vəkil qeyd edib ki, onların bütün Ermənistana təsir göstərəcəyi təəssüf doğurur. Vardevanyan əlavə edib ki, Ermənistan Apostol Kilsəsinə təzyiq göstərmək və onu alçaltmaq üçün birbaşa siyasi qərar var. 

Samvel Karapetyan isə bu yolda maneəyə çevrilib. Aram Vardevanyan xatırladıb ki, Karapetyan Azərbaycan hakimiyyəti tərəfindən axtarışa verilib və artıq 177 gündür Ermənistanda həbsdədir. 

Eyni zamanda, vəkil vurğulayıb ki, “Artsax”ın İrəvandakı nümayəndəliyində aparılan istintaq tədbirləri ilə Samvel Karapetyanın heç bir əlaqəsi yoxdur: 

“Əgər istintaq məxfi olmasaydı, sənədlər dərc olunardı. Samvel Karapetyanın bununla heç bir əlaqəsi olmadığını göstərən sənəd əlimizdədir və eyni məzmunlu ifadələrimiz də var. İstintaq orqanı və məhkəmə bunu bilir. Dörd məhkəmə qərarı heç bir əlaqənin olmadığını təsdiqləyib”,-Vardevanyan belə deyib. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
cebheinfo.az

2Sources