EN

Ceki Çan Xəzər dənizinin sahilində film çəkəcək

BAKI, 12 dekabr. TELEQRAF

Çinli aktyor Ceki Çan və qazaxıstanlı rejissor Robert Kun “Tanrının zirehi” filminin dördüncü hissəsinin çəkilişləri üçün Qazaxıstanın Manqistau bölgəsini seçib.

Teleqraf xəbər verir ki, bu barədə regional administrasiya məlumat yayıb.

“Dünyaca məşhur ulduz Ceki Çan və “Tanrının zirehi: Ultimatum” filminin rejissoru Robert Kun Manqistaunu yeni böyük film layihələri üçün əsas məkan kimi rəsmi olaraq təsdiqləyib. Səfər zamanı layihə nümayəndələri bölgənin təbii və infrastruktur imkanları ilə tanış olub, onlarla potensial məkanı ziyarət edib və əsas təbii abidələrin ətraflı yoxlanışını aparıblar. Seçim bölgənin özünəməxsus mənzərələri, geniş panoramaları və təbii gözəlliyi səbəbindən edilib”, - məlumatda bildirilib.

Bölgənin ərazisinin böyük hissəsi qəhvəyi torpaqlarda bitmiş kol bitkilərinin olduğu, yovşan-duz səhrasıdır. Manqistau qərbdən Xəzər dənizi ilə həmsərhəddir.

Ceki Çan sentyabrda gələcək filmi üçün yer seçmək məqsədilə Almatıya səfər etmişdi.

Film Qazaxıstanın “Salem Entertainment” studiyası ilə birgə layihə çərçivəsində istehsal olunur.

Chosen
41
4
teleqraf.com

5Sources