Azərbaycan Respublikasının görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və Xidmətin şəxsi heyəti Ulu Öndərin Fəxri xiyabandaki məzarını ziyarət etmiş, əziz xatirəsini dərin ehtiramla anıblar.
"Unikal" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.