Futzal üzrə millimizin və “Araz-Naxçıvan”ın üzvü Mirzə Əmirov cərrahiyyə əməliyyatı olunub.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Futzalçı diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası” əməliyyatı uğurlu alınıb.
Bu gün xəstəxananı tərk edəcək Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.