EN

“Barselona” Levandovski ilə bağlı qərarını verdi

“Barselona”nın hücumçusu Robert Levandovski yayda komandadan ayrılmaq fikrində deyil.

İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq 37 yaşlı forvard Kataloniya klubunda qalmağa qərarlıdır və hətta maaşının azaldılmasına razı olub.

Levandovski bu mövsüm Hans-Diter Flikin rəhbərliyi altında 17 oyunda 8 qol və 2 asistlə yadda qalıb. O, 2026-cı ilin avqustunda 38 yaşını qeyd edəcək.

Chosen
13
idmanxeber.az

1Sources