EN

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

Müdafiə Nazirliyinin rəhbər heyəti dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə Fəxri xiyabanı ziyarət edib.

Müdafiə Nazirliyindən Busaat.az-a verilən məlumata görə, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Nazirliyin rəhbər heyəti daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiram nümayiş etdirib.

Chosen
13
18
busaat.az

10Sources