EN

ABŞ donanması süni intellektin gəmiqayırmada tətbiqinə yarım milyard xərcləyəcək

Vaşinqton gəmiqayırmada süni intellekt və avtonom idarəetmə texnologiyalarının tətbiqini sürətləndirmək üçün Gəmiqayırma Əməliyyat Sisteminə (Shipbuilding Operating System - ShipOS) 448 milyon dollar sərmayə qoyacaq.

Herbiand.az bildirir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələri naziri Con Felan deyib.

ShipOS mürəkkəb, məlumatlarla zəngin hərbi gəmiqayırma mühitinə ən yaxşı təcrübələri gətirmək üçün Palantir proqram təminatından istifadə edəcək.

Hərbi Dəniz Qüvvələrinin verdiyi məlumata görə, süni intellektlə əsaslanan imkanlar pilot sınaqlar zamanı təsirli nəticələr göstərib: “Yeni həllərin ilk növbədə, ABŞ sualtı qayıqlarının istehsalı və texniki xidməti ilə məşğul olan gəmiqayırma zavodlarında və təchizatçılarında tətbiq olunacağı gözlənilir. Bu texnologiyalar tədricən suüstü gəmi tikintisi proqramlarına da uyğunlaşdırılacaq”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
35
herbiand.az

1Sources