Daxili İşlər Nazirliyinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirliyin şəxsi heyəti Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.
