EN

İsa Həbibbəylidən Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA: Xaric ediləcək

Ramiz Mehdiyevin müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər onun akademiyaya üzv qalmasına imkan vermir

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri, jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli deyib.

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

"Cebheinfo.az"

Chosen
22
38
cebheinfo.az

10Sources