EN

Mingəçevirdə futbol üzrə məşqçilik kursu keçirildi

Azərbaycan Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə futbol üzrə Mingəçevirdə “D” kateqoriyalı məşqçilik kursu təşkil edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim proqramında Azərbaycan Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən, Azərbaycanın müxtəlif bölgələrindən olan Uşaq-Gənclər İdman Məktəblərinin (UGİM) məşqçi-müəllimləri iştirak ediblər.

Təlimlər Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutub. İştirakçılar futbolun əsas prinsipləri, məşq proqramlarının qurulması və taktiki hazırlıqla bağlı həm nəzəri, həm də praktiki dərslərdə iştirak ediblər.

Qeyd edək ki, təlimi uğurla tamamlayan məşqçilərə futbol üzrə “D” kateqoriyalı sertifikatlar təqdim olunub.

Chosen
2
2
football-plus.az

3Sources