EN

Çin 800 kiloqramlıq heksakopteri sınaqdan keçirib

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dron həm daxili, həm də xarici olaraq 300 kiloqrama qədər yük daşıya bilir

Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) 800 kiloqram ağırlığında olan AR-E800 heksakopterini sınaqdan keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə Çin Ordusunun “Telegram” kanalı məlumat yayıb.

Sınaq uçuşu Jiangxi əyalətindəki Jingdezhen hava limanında baş tutub.

Altı cüt rotorlu heksakopter dörd dəqiqə ərzində təyin olunmuş nöqtədə uçuş, havada qalma, manevrlər və eniş əməliyyatlarını başa çatdırıb.

Bu ağır yüklü dron həm daxili, həm də xarici olaraq 300 kiloqrama qədər yük daşıya bilir.

AR-E800 ucqar dağlıq ərazilərə avadanlıq və silah çatdırmaq üçün istifadə edilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
ayna.az

1Sources