EN

Ertem abinin narahatlığı boyu

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ertem Şener artıq qıcıq oyatmağa başlayır. “Ayaks”a 2:4 hesablı məğlubiyyətə görə komandanı, Qurban Qurbanovu, klubu tənqid edən azarkeşlərə “turkish arabesk” ritmində “fikir orientalı” oynamağa başlayıb.

Bu azmış kimi, tənqidçi mediaya qarşı da irad bildirib: “ya siz ne yapıyorsunuz?!”.

Ertem abi, şimdi bak… Sən gəldin, qonağımız oldun, “Qarabağ”ın ÇL oyununu “CBC Sport”dan şərh etdin, “vatan, millet, sakarya” əhvalında emosiyaların sinir uclarından yapışıb, alqışlanası dərəcədə “hype” topladın, getdin.

Ok, bu, əla idi.

Sonra məlum oldu ki, ödənişli kanallarımızın birində oyunlar şərh edəcəksən. Bu da xub!

Qardaş ölkədən gəlirsən, xoşdur, işini gör, paranı al…

Amma artıq ağıl verməyə, “arabesk” ab-havası qondarmağa cəhd edirsən, bak, bu olmuyor işte…

Bizdə belə şeylər “yeyilməz”. Bizim auditoriyanın emosional sinir ucları “istismara açıq deyil”, güzel kardeşim benim.

Bizə bizdən çox can yandırmayacağını deyib, neqativ toxumu səpməyəcəkdim araya, lakin sən tənqidçi müəlliflərə irad bildirirsən…

Gör biz heç sənə tamada deyirikmi? Yox.

Məsələn, bizim tanınmış idman jurnalisti sizə analoji senaridə qonaq gəlsəydi, heç vaxt, “…bu hədiyyələri də futbol federasiyamız adına gətirdim” deməzdi. Bizim jurnalistikamız tam ayrı üslubda, fərqli kriteriyadadır. Bizdə peşəkar jurnalist tərifi maddi qarşılıq müqabilində etmir, amma sizdə – o mühitə çox yaxşı bələdəm, ötən yazımda da vurğulamışdım, bu işlər maliyyə qarşılığında edilir və bu məsələ bizdəki kimi “ayıb” sayılmır. Bu və bu kimi irili-xırdalı çoxlu fərqlərimiz var, sən hələ bu “bazarın” daxilinə bələd olmamış sürətli giriş yapmısan. Abi, yapma ya…

Bilirik ki, Türkiyədə lirə dəyər itirir, kardeş ülke Azerbeycanda isə… lənət şeytana! Heç cür niyyətinizin çılpaqlığına varmaq istəmirəm.

Kardeşim, Karabağ savaşı, “44 gün”və s. emosional mövzular həssas yanaşma tələb edir. Burada doza aşılması qıcıq yarada bilər…

Ertem abi, gəlişin gözəldir, bilirik ki, bu il Türkiyədən xeyli bloqer və s. də gəldi və ilk dəfədir ki, “Qarabağ” haqda qardaş ölkədə geniş danışlır artıq.

Bəli, bilirik, bu il bu baxımdan fərqlilik var. Amma ciddi xərc də çəkilib də…

Heç vaxt “Qarabağ”dan bu qədər danışılmırdı oralarda. “Bayer”lə heç-heçə edib Avropaya səs salanda, “Atletiko” ilə eyni nəticəni göstərəndə Türkiyə televiziyalarında danışılmırdı (1-2 istisna).

Bəli, ötən yazımda da bildirdiyim kimi, oranın öz şərtləri/qaydaları var, buranın öz qaydaları.

Paralı konuşmalar problem deyil, aşırı olması problem, güzel kardeşim. Anladın sen ne söylemek istediyimi…

Gəl-get, işini gör, pulunu qazan, gözəldir, rəng/dinamika qatırsan.

Bunlar əladı, çox gözəldir. Biz səni əzizimiz kimi qarşılayarıq da, yola da salarıq.

Lakin ağıl verməyə, “elə etməyin, belə edin” deməyə girişmə. İstənilən girişmələrə açıq ola bilərsən bəlkə də, amma buna yok artık…

Burda nəyi necə etməyi bilib, “Qarabağ”ı buralaradək ÇIXARANLAR var. Var bir bildiyimiz…

Barış Manço səmimiyyəti, Erkin Koray ustalığı, Cem Karaca məsumiyyəti, Edip Akbayram saflığında gəlin…

Güzel günler göreceyiz… Ceviz ağacı altında, Gülhane parkında!

Elçin Cəlilov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
futbolpress.az

1Sources