EN

“Neftçi”nin yeni baş məşqçisi heyətdən heç kimin göndərilməsini istəmir

“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub artıq bir neçə gündür komanda ilə yaxından tanış olur.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis heyətdəki futbolçuların potensialını yüksək qiymətləndirib.

Yuri Vernidub bildirib ki, ardıcıl məğlubiyyətlər komandada psixoloji gərginlik yaradıb. O, müəyyən funksional çatışmazlıqların ola biləcəyini desə də, ümumilikdə kollektivdən razı qaldığını vurğulayıb.

Baş məşqçi həmçinin hazırkı heyətin böyük uğurlar qazana biləcəyini qeyd edib.

Maraqlıdır ki, Yuri Vernidub heyətdəki heç bir futbolçunun komandadan göndərilməsini istəmir.

İdman.Biz

Chosen
6
1
idman.biz

2Sources