EN

Azərbaycanın İrandakı səfirliyində Heydər Əliyevin anım günü qeyd olundu

Azərbaycanın İrandakı səfirliyi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Mədəniyyət İnstitutunda Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş "Mədəni və mənəvi əlaqələrin möhkəmləndirilməsində liderlərin rolu. Heydər Əliyev və ECO ölkələri" mövzusunda anım tədbiri keçirib.

Bakıvaxtı.az xəbər verir ki, anım mərasimində İran Prezident Administrasiyası, Xarici İşlər Nazirliyinin rəsmiləri, ECO-ya üzv ölkələrin bu ölkələrin səfirləri, eləcə də İranda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə rəsmi Bakının ECO dövlətləri və xalqları arasında çoxəsrlik tarixi proseslər nəticəsində yaranmış dostluq və qardaşlıq münasibətlərinin, mədəni və mənəvi bağlarının möhkəmləndirilməsi yolunda mühüm addımlar atdığını, bu xüsusda Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu vurğulayıb.

Türkiyənin İrandakı səfiri Hicabi Kırlangıç isə çıxışında Bakı ilə Ankara arasındakı yaxın qardaşlıq münasibətlərinə toxunaraq Ümummilli Lider Heydər Əliyevin anım gününün böyük hörmətlə yad edildiyini diqqətə çatdırıb. O, ölkə rəhbərlərinin xalqlarının taleyini formalaşdıran mühüm simalar olduğunu qeyd edərək Heydər Əliyevin də məhz belə təsirli, müdrik şəxsiyyətlərdən olduğunu bildirib.

Daha sonra fotosərgi açılıb. Sərgidə Ulu Öndər Heydər Əliyevin ECO-nun Zirvə görüşlərində iştirakını, təşkilata üzv ölkələrə səfərlərini və görüşlərini, mədəni və mənəvi bağlara verdiyi önəmi özündə təzahür etdirən fotolar nümayiş olunub. Sərginin dörd gün nümayiş etdirilməsi nəzərdə tutulur.

Chosen
10
3
bakivaxti.az

4Sources