Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətini yüksək qiymətləndirir. Bunu Baş nazir Əli Əsədov bildirib Türkmənistanda çıxışı zamanı bildirib.
O qeyd edib ki, ölkələr arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur.
Əsədov vurğulayıb ki, 30 il ərzində Türkmənistan neytrallığı yalnız xarici siyasət mövqeyi deyil, həm də sülh və davamlı inkişafa töhfə verən strateji bir amildir. Azərbaycan bu təşəbbüsləri dəstəkləyib və BMT-də “Beynəlxalq sülh və etimad ili – 2025” qətnaməsinə həmmüəllif qismində qoşulub.
O əlavə edib ki, iqtisadi, nəqliyyat və energetika sahələrində əməkdaşlıq genişlənir və Xəzər dənizi regionda ticarət-iqtisadi əlaqələrin inkişafına xidmət edir.
Gülnar