Lukas Ernandesin aqibəti məlum olub.
"Football-plus.az" xəbər verir ki, UEFA PSJ-nin futbolçusunu ağır cəzalandırıb. Çempionlar Liqasının 5-ci turunun “Tottenhem”lə oyununda qırmızı vərəqə alan müdafiəçi komandanın növbəti 3 avrokubok matçını buraxacaq. Lukasın “Atletik” (10 dekabr), “Sportinq” (21 yanvar) və “Nyukasl”la (28 yanvar) oyunlarda meydanda olmayacağı dəqiqləşib.
Xatırladaq ki, o, noyabrın 26- da “Tottenhem”ə 5:3 hesabı ilə qalib gəldikləri oyunda Xavi Simonsu dirsəyi ilə vurduğu üçün qırmızı vərəqə almışdı.