“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haaland 2026-cı il dünya çempionatına dair gözləntilərini bölüşüb.
Publika.az xəbər verir ki, 25 yaşlı futbolçu mundialda ilk dəfə çıxış etməyin onun üçün xüsusi hadisə olduğunu vurğulayıb:
"Mən ilk dəfə dünya çempionatında oynayacağam və bu inanılmaz hissdir. Atam Alf-İnqe Haaland 1994-cü ildə ABŞ-da keçirilən mundialda çıxış etmişdi. ABŞ-a gedib orada dünya çempionatında oynamaq mənim üçün çox özəl olacaq. Bu, möhtəşəm olacaq. Tüklərim biz-biz olacaq. Ola bilsin, hətta millinin himnini oxuyarkən ağlayım".
Norveç yığması seçmə mərhələdə keçirdiyi 8 oyunun hamısında qalib gəlib və birbaşa final mərhələsinə yüksəlib. Haaland Avropa zonasında 16 qolla ən məhsuldar oyunçu olub.