Sərhədlərin delimitasiyası çərçivəsində Ermənistan və Azərbaycan nümayəndələri Zod qızıl yatağı yaxınlığındakı sərhəd hissəsində birgə baxış keçiriblər.
Bu barədə “Joxovurd” nəşri Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, “bir neçə gün əvvəl hər iki ölkənin mütəxəssisləri Sot (Zod) qızıl mədəninin yaxınlığındakı ərazidə rekognosirovka işləri həyata keçiriblər”./APA/