"Qalatasaray"ın daha iki futbolçusu - Barış Alper Yılmaz və Abdülkerim Bardakçı haqqında mərc araşdırması başladılıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb "sarı-qırmızılar"ın gənc müdafiəçisi Metehan Baltacının "whatsapp" yazışmalarıdır.

Orada qeyd edilib ki, "Eren, Barış və Abdülkerimin cəzası azaldıb, mənə əlavə etdilər".

Bunun üzərinə prokurorluq araşdırmalara başlayıb.

Bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.