Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisad Birliyi Hökumətlərarası Şurasının Moskvada keçirilən iclasında Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb.
Senzor.az-ın məlumatına görə, Baş nazir regionda baş verən müsbət dəyişikliklərin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açdığını qeyd edib.
Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin qərarını Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əhəmiyyətli uğurlardan biri kimi dəyərləndirib.