Avropa Komissiyası (AK) 150 milyard avro məbləğində yeni hərbi investisiya proqramı hazırlayır.
APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi Avropa Komissiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Bu addım üzv ölkələrin ilk belə proqram – SAFE (öncəki adı "Avropa İttifaqını Yenidən Silahlandırmaq") çərçivəsində geniş iştirakının fonunda atılır.