EN

XİN başçısı: Heydər Əliyevin xidmətləri Azərbaycanın inkişafına istiqamət verən dəyərli irs kimi yaşayır

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Ulu Öndər Heydər Əliyevin müdrikliyi, milli maraqlara sarsılmaz sədaqəti və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi naminə gördüyü misilsiz xidmətlər tariximizdə silinməz iz qoyub və bu gün də Azərbaycanımızın inkişafına istiqamət verən dəyərli irs kimi yaşayır.

BAKU.WS xəbər verir ki, bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd olunub.

"Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla və minnətdarlıqla anırıq. Allah rəhmət eləsin!" - nazir qeyd edib.

Bu gün, Azərbaycan xalqının qəlbində dərin iz qoymuş, Azərbaycan Respublikasının dövlətçiliyinin inkişafında müstəsna rol oynamış, milli maraqlarımızın qorunmasında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il ötür. Onun müdrik siyasəti, uzaqgörənliyi və… pic.twitter.com/I1i24zQ6tP

— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) December 11, 2025

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
2
baku.ws

4Sources