Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Neyropsixoloqlar elektron siqaretlərin psixikaya təsiri ilə bağlı ciddi xəbərdarlıq yayıblar.
"Ölkə.az" xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, veyplər təkcə asılılıq yaratmır, həm də narahatlıq səviyyəsini artırır, bəzi hallarda isə panik ataklara səbəb ola bilir.
Aparılan araşdırmalar göstərib ki, elektron siqaretlərdəki nikotin mərkəzi sinir sistemini güclü şəkildə stimullaşdırır. Nikotinin daimi qəbulu isə orqanizmdə xroniki stressi artırır, emosional sabitliyi pozur və narahatlıq hissini gücləndirir.
Tədqiqatçılar bildiriblər ki, adi siqaretlərdən fərqli olaraq veyplər tərkibində fərqli kimyəvi maddələr daşıyır və onların sinir sisteminə təsiri daha dəyişkən və risklidir. Bundan əlavə, istifadəçilərdə tez-tez ürəkdöyünmə, başgicəllənmə və nəfəs darlığı kimi simptomlar qeydə alınıb.
Mütəxəssislər xəbərdarlıq edir ki, elektron siqaretlərin “zərərsiz alternativ” kimi təqdim olunması yanlışdır və onların psixoloji təsirləri çox zaman nəzərdən qaçırılır.(Musavat.com)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.