EN

Bakıda yol qəzasından sonra maşınlardan biri qaz borusuna çırpılıb FOTO

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.APA-nın məlumatına görə, qəza Çoban Bəkirzadə küçəsində baş verib.

“Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub, nəticədə nəqliyyat vasitələrindən biri qaz borusuna çırpılaraq aşıb. Hər iki avtomobilin yanması müşahidə olunub.“Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.

Hadisə zamanı həmin avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
2
apa.az

3Sources