EN

“Fiorentina” doğma meydanda “Dinamo”ya qalib gəldi

Konfrans Liqasının ümumi mərhələsinin 4-cü turunda “Fiorentina” doğma meydanda Kiyev “Dinamo”sunu qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “Artemio Franki” stadionunda keçirilən görüşə serbiyalı hakim Miloş Milanoviç rəhbərlik edib. Qarşılaşma Florensiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 18-ci dəqiqəsində “Fiorentina”nın hücumçusu Moyze Kin hesabı açıb. 55-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Nikolay Mixaylenko tarazlığı bərpa edib. Oyunun 74-cü dəqiqəsində meydan sahiblərinin forvardı Albert Gudmundsson fərqlənərək komandasına qələbə gətirib.

Beş turun ardından “Fiorentina” turnir cədvəlinin orta hissəsində qərarlaşıb və 9 xal toplayıb. Kiyev “Dinamo”su isə 3 xalla cədvəlin aşağı zonasında yer alır.

Chosen
21
90deqiqe.az

1Sources