EN

Rusiya aktivləri qeyri-müəyyən müddətə dondurulur..?

...SİA-nın məlumatına görə, Euractiv xəbər verir ki, Avropa Birliyiölkələri Rusiyanın suveren aktivlərini qeyri-müəyyən müddətə dondurmaq barədə razılığa gəliblər.

Avropa Komissiyası dondurulmuş aktivlərdən əldə edilən gəliri Ukraynaya 210 milyard avroluq təzminat krediti vermək üçün istifadə etmək istəyir.

Proses, Avropa İttifaqı haqqında Müqavilənin 122-ci maddəsinə əsasən həyata keçirilir ki, bu maddə müstəsna hallarda yekdil səsvermə əvəzinə ixtisaslı səs çoxluğu ilə tədbirlərin görülməsini nəzərdə tutur.

Portalın mənbəyinə görə, təklif AB ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəklənib.

Başqa bir mənbə hesab edir ki, Macarıstan və Slovakiya təşəbbüsə qarşı çıxacaqlar.

Üçüncü bir diplomat bildirib ki, Belçika hələlik aktivlərin istifadəsi ilə bağlı mövqeyini AB ölkələrinə açıqlamayıb. Euractiv xəbər verir ki, blok ölkələrinin sabah, 12 dekabrda yekun qərar verməsi gözlənilir.

Əli Babayev

Chosen
61
1
sia.az

2Sources