EN

Konstitusiya Araşdırmalar Fondu antikorrupsiya davranışı üzrə praktiki təlim keçirib - FOTOLAR

Konstitusiya Araşdırmalar Fondu Yasamal Rayon İcra Hakimiyyətində antikorrupsiya davranışı üzrə praktiki təlim keçirib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Fondun prezidenti Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, təlim Prezident İlham Əliyevin təsdiq etdiyi 2022–2026-cı illər üzrə Milli Antikorrupsiya Fəaliyyət Planının icrası çərçivəsində təşkil olunub.

Fondun prezidenti Əliməmməd Nuriyev təqdimatında korrupsiyanın mahiyyəti, hüquqi çərçivəsi, risklərin azaldılması, etik davranış standartları və preventiv mexanizmlər barədə geniş izah verib. Təlimdə korrupsiya növləri, maraqlar toqquşması, hüquqi məsuliyyət formaları, qohumların tabelikdə işləməsinin yolverilməzliyi və whistleblower-lərin müdafiəsi mövzuları izah olunub.

İştirakçılar real situasiyalar üzrə case study-lərdə iştirak edib, korrupsiya risklərinin tanınması və məlumat vermək öhdəliyi barədə praktiki bacarıqlar əldə ediblər. Konstitusiya Araşdırmalar Fondu bu istiqamətdə təlim və maarifləndirmə fəaliyyətini digər dövlət qurumları ilə əməkdaşlıq əsasında davam etdirməyi planlaşdırır.

 

Chosen
34
qht.az

1Sources