EN

İrakli Kobaxidze: Gürcüstanla Azərbaycan regional sülh və sabitliyi dəstəkləmək üçün əməkdaşlığı davam etdirirlər

Tbilisi, 22 dekabr, AZƏRTAC

Gürcüstanla Azərbaycan güclü müttəfiqlər olaraq qalır, regional sülh və sabitliyi dəstəkləmək üçün əməkdaşlığı davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkə hesabında yazıb.

Qeyd olunub ki, Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığını dərinləşdirmək ideyasına sadiqdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Chosen
64
2
azertag.az

3Sources