EN

LUKOOL Qərbdəki bazarlarını Yaxın Şərq və Afrika ölkələrinə yönələ bilər

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Maliyyə Nazirliyi "LUKOIL"in xarici aktivlərinin satışı əməliyyatlarının aparılmasına imkan verən lisenziyanı 17 yanvar 2026-cı il tarixinədək uzadıb. Müvafiq bildiriş Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc edilib. Newscenter.az-ın xəbərinə görə, politoloq Zeynal Əmərliyev deyib ki, ABŞ-nin tətbiq etdiyi güzəşt siyasəti "LUKOİL"in müəyyən qədər nəfəs almasına şərait yarada bilər. Ancaq buradakı əsas məsələ şirkətin bu vəziyyətdən necə çıxacağıdır: "Birincisi, "LUKOİL" xarici aktivlərini satıb daha çox gəlir əldə edərək əməliyyatlarını davam etdirə bilər. Bu böhranın qısa müddətli yüngülləşməsinə kömək edəcək amildir. Ancaq bu olduqca riskli qərar ola bilər. Çünki nəticə etibarı ilə "LUKOİL"in kiçilməsinə səbəb ola bilər. İkincisi, "LUKOİL"in daxili bazarlara fokuslanmasıdır. Şirkət Rusiya daxilində lahiyələrini gücləndirərək maliyyə vəziyyətini normallaşdıra bilər. Burda onun Rosneftlə toqquşması ehtimalı qaçılmazdır. Buna görə də ehtimal ki, "LUKOİL" daha çox ABŞ sanksiyalarından təsirlənməyən Çin və Hindistan kimi ölkələrə daha çox investisiya yatıracaq".Politoloq qeyd edib ki, üçüncü variant isə itirilmiş bazarların əvəzində yeni bazarların tapılmasıdır:"Məsələn, Qərbdəki bazarların əvəzinə "LUKOİL" Yaxın Şərq və Afrika ölkələrinə yönələ bilər. Bu şirkətin həm böyüklüyünü qoruyub saxlayacaq, həm də maliyyə vəziyyətinin daha da yaxşılaşmasına kömək edə bilər. Ancaq bu bir həqiqətdir ki, gələcəkdə ABŞ və Avropa İttifaqının daha sərt sanksiyalar qəbul etməsi "LUKOİL"in tamamilə küncə sıxışdırılması və şirkətin yeni tapdığı ortaqlarının ondan üz döndərməsinə gətirib çıxara bilər".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
2
newscenter.az

3Sources