EN

Ərazi məsələsi referendumla həll edilməlidir Zelenski

Axar.az saytına istinadən ain.az xəbər verir.

Mümkün ərazi həlli məsələsi Ukrayna xalqı tərəfindən – seçkilər və ya referendum yolu ilə müəyyən edilməlidir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 11-də jurnalistlərə açıqlamasında deyib.

Zeklenski bildirib ki, Amerika tərəfi Donbasın bir hissəsində qondarma “azad iqtisadi zona" və ya rusların dediyi kimi, “demilitarizasiya zonası"nın yaradılmasını təklif edir. Bu plana görə, Ukrayna qoşunları ərazinin bu hissəsində, rus qoşunları isə onun kənarında qalacaq.

Eyni zamanda, Zelenski vurğulayıb ki, bir çox suallar açıq qalır. Daha doğrusu, bu zonaya kimin nəzarət edəcəyi, monitorinq mexanizminin necə olacağı, rus qoşunlarının hansı məsafəyə çəkilib-çəkilməyəcəyi və Rusiya qüvvələrinin “mülki” qüvvələr adı altında mümkün sızmasının qarşısının necə alınacağı məsələləri sual doğurur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
9
axar.az

10Sources